“Ən yaxşı futbolçu” mükafatı ona veriləcək – İddia

FIFA 2022-ci ilin ən yaxşı futbolçusu üçün nəzərdə tutulan “The Best” mükafatını PSJ-nin hücumçusu Lionel Messiyə verəcək.

Globalinfo.az Oxu.az-a istinadən xəbər verir ki, bu iddia ilə italyan insayder Fabritsio Romano çıxış edib.

O, özünün Tvitter hesabında ali futbol qurumunun mükafatı 35 yaşlı argentinalıya təqdim edəcəyini yazıb.

Messi keçən il ölkəsinin yığmasının heyətində dünya çempionu olub. O, həmçinin PSJ-də Fransa çempionluğunu və Super Kubokunu qazanıb. Messi 2019-cu ildə də FIFA-nın “The Best” mükafatına layiq görülüb.

2022-ci ilin ən yaxşılarının mükafatlandırma mərasimi bu gecə olacaq.