Bu məsələ yalnız Azərbaycanla müzakirə olunur – Rusiya XİN

Qarabağda sülhməramlıların məsələsi yalnız Azərbaycan tərəfi ilə müzakirə olunur.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin Mixail Qaluzin TASS-a müsahibəsində deyib.

“Tərəfdaşlarla dialoqumuz konstruktiv xarakter daşıyır. Biz yaranan bütün məsələləri qarşılıqlı razılaşma əsasında həll edirik. 2025-ci ilin noyabrından sonra Rusiya sülhməramlı kontingentinin səlahiyyətlərinin uzadılmasına gəlincə, bu, regiondakı vəziyyətdən, tələblərdən, Bakı ilə müvafiq razılaşmalardan asılı olacaq”, – nazir müavini bildirib.