“Bu, məni çox üzdü!” – Ərdoğan

Qızıl Aypara Cəmiyyətinin çadır satması məni çox üzdü. Qızıl Aypara çadır satışı ilə məşğul ola bilməz.

Globalinfo.az xəbər verir ki, bunları Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Bu yanlışlıq qısa zamanda düzəldilməlidir, çünki biz daim Qızıl Ayparanı xüsusilə çadır istehsalında daha çox aktiv olmağa təşviq etdik. Çadırlara gəldikdə isə – ən kiçik problem yaşanmamalıdır. Altı fevral (zəlzələ – red.) hadisəsində başqa ölkə olsaydı, kim bilir, onların başına nə gələcəkdi”, – Türkiyə lideri deyib.