Bu məktəbdə şagirdlər sinifdə çətirlə oturur – Açıqlama / VİDEO

Yardımlının Bürzünbül kənd tam orta məktəbinin acınacaqlı durumunu əks etdirən görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Globalinfo.az xəbər verir ki, görüntülərdə şagirdilərin sinif otağında çətirlə oturması öz əksini tapıb. Uşaqların belə addım atmasına səbəb isə yağan yağış sularının sinif tavanından başlarına tökülməsidir.

Məsələ ilə bağlı Lənkəran – Astara Regional Təhsil İdarəsindən Qafqazinfo-ya bildirilib ki, son günlər mövsümlə əlaqədar yağan intensiv yağışlar və əsən güclü külək nəticəsində məktəbin dam örtüyündə müəyyən nasazlıq yaranıb və yağıntı səbəbindən sinif otaqlarına su axıntısı müşahidə olunub:

“Yaxın günlərdə dam örtüyünün təmir olunması və təmirə ehtiyacı olan hissələrin bərpası ilə bağlı işlər görüləcəkdir”.