Bu məhsulların pulu kartla ödəniləcək

Qiymətli daşların, qiymətli metalların, o cümlədən qiymətli daşlardan və qiymətli metallardan hazırlanmış məmulatların və mədəniyyət məhsullarının alqı-satqısının yalnız nağdsız qaydada həyata keçiriləcək həddi müəyyənləşdirilir. 

Globalinfo.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Nağdsız hesablaşmalar haqqında” qanuna təklif edilən yeni – 3.4.15-cü maddədə əksini tapıb.

Qanun layihəsinə əsasən, bu məhsulların məbləği 15 min manatdan artıq olan ödənişlər yalnız nağdsız qaydada həyata keçiriləcək.

Qanun qəbul ediləcəyi halda 2023-cü il fevralın 1-dən qüvvəyə minəcək.

Qanun layihəsi Milli Məclisdə səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.