Bu məhsulları istehsal edənlərə vergi güzəşti olacaq – Siyahı

Vergi Məcəlləsində idxal mallarını yerli istehsal (emal) malları ilə əvəz edəcək qida (ərzaq) məhsullarının istehsalının həyata keçirilməsi fəaliyyəti üzrə vergilərdən güzəştlərin verilməsi nəzərdə tutulub.

Globalinfo.az bildirir ki, Nazirlər Kabineti bununla əlaqədar idxal mallarını yerli istehsal (emal) malları ilə əvəz edəcək qida (ərzaq) məhsullarının siyahısını təsdiqləyib.

Həmin siyahı aşağıdakı kimidir:

İdxal mallarını yerli istehsal (emal) malları ilə əvəz edəcək qida (ərzaq) məhsullarının siyahısı

Sıra

№-si

Məhsul növləri təsnifatı (AZT053-2018) MNT kodu MNT kodları üzrə şərtlər
1 2 3 4
1. Süfrə zeytunu 01.26.11.00  
2. Suxarı və peçenyelər;   qeyd olunan MNT
  konservləşdirilmiş təzə kodları üzrə
  pirojnalar və şirniyyatlar məhsul növlərinə
    münasibətdə
  Xırtıldayan kökələr 10.72.11.30  
  Suxarılar, qrenkalar və s. 10.72.11.50  
  xırtıldayan məmulatlar  
  Şirin peçenye və vaflilər 10.72.12.50  
  Sair qurudulmuş və ya uzun 10.72.19.00  
  müddət saxlanıla bilən  
  çörək-bulka məmulatları  
3. Makaron, əriştə, kuskus   qeyd olunan MNT
  və oxşar un məmulatları kodları üzrə
    məhsul növlərinə
    münasibətdə
  İçsiz, bişirilməmiş və ya 10.73.11.10  
  başqa üsulla hazırlanma-  
  mış makaron məmulatı  
  Tərkibində yumurta olan 10.73.11.30  
  bişirilməmiş makaron  
  məmulatları  
  Tərkibində yumurta olma- 10.73.11.50  
  yan bişirilməmiş makaron  
  məmulatları  
  İçli, bişirilmiş və ya başqa 10.73.11.60  
  üsulla hazırlanmış maka-  
  ron məmulatı  

 

  İçli, bişirilmiş və sair makaron məmulatları 10.73.11.70  
Kuskus 10.73.12.00  
4. Kakao, şokolad və şəkərli şirniyyat məmulatları   qeyd olunan MNT kodları üzrə məhsul növlərinə

münasibətdə

Pasta şəkilli tərkibində kakao olan qida məhsulları 10.82.22.60  
Tərkibində kakao olmayan, ağ şokolad da daxil edil- məklə şəkərdən şirniyyat

məmulatı

10.82.23.10  
Bişirilmiş konfetlər (kara- mel, toffi və s.) 10.82.23.70  

Beləliklə, qeyd edilən malların istehsalı ilə məşğul olan sahibkarların həmin sahədə göstərdiyi fəaliyyətdən əldə etdiyi gəlir və mənfəətlərinin 50 faizi 7 il müddətinə vergidən azad edilir. Həmçinin, həmin malların istehsalçılarının həmin fəaliyyətdə istifadə etdiyi əmlak və torpaqlar da 7 il müddətinə əmlak və torpaq vergilərindən azad edilir.