Adətən, cari ilin sonları və yeni ilin əvvəli istər meyvə-tərəvəz, istər un məmulatları, istərsə də bütün növ ərzaq məhsullarında bahalaşma olur.
Hazırda müşahidə olunan bahalaşmanın daha da artacağı gözlənilirmi?
Natiq Cəfərli
Globalinfo.az-a danışan iqtisadçı Natiq Cəfərlinin fikrincə, qiymət artımına səbəb yanacağın bahalaşmasıdır. Onun sözlərinə görə, qiymət artımı növbəti aylarda da davam edəcək:
“Bu gün Azərbaycanda baş verən bahalaşmanın ən böyük səbəbi ölkədə dizel yanacağının qiymətinin artırılmasıdır. Buna görə də kənd təsərrüfatı məhsulları, meyvə-tərəvəzdə dizel yanacaqlarının maya dəyərində payı həddindən artıq yüksəkdir. Dizel yanacağının qiymətinin 25 faiz artması təbii ki, meyvə-tərəvəz qiymətlərinə də təsir edib və bundan sonra daha çox təsir edəcək. Mövsümlə əlaqədar bazarda azalma müşahidə olunduqdan sonra təəssüf ki, daha çox qiymət artımının şahidi olacağıq”.
İqtisadçının fikrincə, təxmini 10 faiz qiymət artımı gözlənilir.
Zaira Akifqızı