st

Bəzi ədviyyatlar, xüsusilə də sarıkök stress səviyyəsinin azalmasına kömək edə bilər.

Globalinfo.az xəbər verir ki, bu barədə amerikalı dietoloq Karman Meyer və Miranda Galati məlumat verib.

Onların sözlərinə görə, sarıkökün tərkibində olan kurkumin maddəsi iltihabı azaldır və bu da psixi sağlamlığa müsbət təsir göstərir. Mütəxəssislər qeyd edirlər ki, iltihabın artması psixoloji problemlərlə, o cümlədən depressiya ilə əlaqəli ola bilər.

Kurkuminin antioksidant və iltihabəleyhinə xüsusiyyətləri narahatlıq və depressiya simptomlarının yüngülləşməsinə, ümumilikdə psixi vəziyyətin yaxşılaşmasına kömək edə bilər.

Dietoloqlar əlavə ediblər ki, sağlam həyat tərzi ilə birlikdə sarıkök təbii dəstək vasitəsi kimi faydalı ola bilər. Lakin ciddi narahatlıq və ya depressiya hallarında yalnız bu kimi vasitələrə güvənmək düzgün deyil və mütləq həkimə müraciət edilməlidir.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: