avtobus 92

Bakının Binəqədi qəsəbəsinin 10 May küçəsini metronun “Memar Əcəmi” stansiyası ilə əlaqələndirən 92 nömrəli marşrutda istismar olunan bütün avtobuslar yenilənir.

Bu barədə Globalinfo.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, marşrut xəttində avtobusların bir qismi bu ilin aprel ayında yenilənmişdi. Daşıyıcı tərəfindən yeni avtobuslar gətirilərək xəttə əlavə olunur.

Oktyabrın 14-dən marşrut üzrə 14 müasir, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunan nəqliyyat vasitəsi sərnişinlərin xidmətində olacaq.

Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0,60 AZN müəyyən edilib.

Vətəndaşların rahatlığı, onlara keyfiyyətli və təhlükəsiz sərnişindaşıma xidmətlərinin göstərilməsi məqsədi ilə avtobus parkının yenilənməsi AYNA tərəfindən diqqətdə saxlanılır.

Paylaş: