Bu mahnının erməni ifaçı tərəfindən oxunması araşdırılır – COPAT

cavansir quliyev 1

Əqli Mülkiyyət Agentliyi (COPAT) əməkdar incəsənət xadimi bəstəkar Cavanşir Quliyevin “Yarım gilə” mahnısının ermənilər tərəfindən oğurlanması faktı ilə bağlı araşdırma aparır.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə yaxın günlərdə nəticə barədə ətraflı məlumat veriləcək.

Bəstəkar Cavanşir Quliyev isə bildirib ki, 1991-ci ildə yazdığı mahnı bir xeyli məşhurluq qazanıb, türk və gürcü müğənnilər tərəfindən ifa olunub.

“Hətta gürcü ifaçını mən tapmışdım, o məndən icazəsiz ifaya görə üzr istədi. Görünür, məhz bu formada da gedib Ermənistana da çıxıb”.

Bəstəkar erməni ifaçının lent yazısını COPAT-a göndərdiyini və araşdırma aparmaqlarını xahiş edib.

“Təəssüf ki, həmin ifa yutubda yoxdur, o mənada, bir az çətindir. Hüquqi baxımdan, yutubda olsaydı, daha rahat həll etmək olardı”.