1db2633f 6177 496e 8d2b c37b88b84e7a 23

Bakıda Abbasqulu ağa Bakıxanov küçəsinin bir hissəsində təmir işlərinə başlanılacaq.

Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, vətəndaşların rahat gediş-gəlişinin təmin olunması məqsədilə iyunun 26-sı səhər saatlarından Abbasqulu ağa Bakıxanov küçəsinin Rəşid Behbudov küçəsi ilə kəsişməsindən Azadlıq prospektinədək olan hissəsində təmir işləri aparılacaq.

Bu səbəbdən qeyd olunan ərazidə görülən işlərdən asılı olaraq nəqliyyat vasitələrinin hərəkəti qismən və ya tam məhdudlaşdırılacaq. Məhdudiyyət təmir işləri başa çatanadək qüvvədə olacaq.

AAYDA sürücülərdən hərəkətlərini əvvəlcədən planlaşdırmağı və istiqamətlərinə uyğun alternativ marşrutlardan istifadə etməyi xahiş edib.

Paylaş: