“Narkotikdən əziyyət çəkən insanların müalicəsi üçün mühüm addımlar atılmalı, işlər gücləndirilməlidir”.
Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Siyavuş Novruzov deyib.
“Xəstələrin sayına baxanda görürük ki, dispanserdə müalicə almaq üçün illərlə növbədə qalmaq lazım gəlir. Hər gün xəbərlərdə böyük həcmdə, yarım ton narkotiklərin aşkarlanması, ölkəyə gətirilməsi barədə məlumatlar verilir.
Mənşəyi məlum olmadığı vurğulansa da, necə olursa sonda onların İran vətəndaşları olduğu qeyd edilir. Bu insanların hamısı İran vətəndaşıdır? Amma bu prosesin kökü tapılmalı və mənbə kəsilməlidir. Əks halda, daşınmanın qarşısını almaq mümkün olmayacaq”.
Safura Bənnayeva
Globalinfo.az