prez 01

“Biz bu ildən Almaniyaya qaz tədarük etməyə başlamışıq”.

Globalinfo.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Almaniya Kansleri Fridrix Mertslə birgə mətbuat konfransında deyib.

    Dövlət başçısı qeyd edib ki, Almaniya şirkətləri ilə 10 illik saziş imzalanıb, illik həcm 1,5 milyard kub metrdir.

    “Təbii ki, bu həcm artırıla bilər. Əsas problemlərdən biri də maliyyə ilə bağlıdır. Avropa bankları neft-qaz layihələrinə öz maliyyə dəstəyini yaşıl gündəliyə görə dayandırıb. Avropa bankları yaxşı olar ki, öz qərarlarına yenidən baxsınlar”, – deyə Prezident bildirib.

    Dövlət başçısı Azərbaycanın lazım olan həcmdə neft tədarükü həyata keçirə biləcəyini də bildirib.

    Paylaş: