ady

Azərbaycan Dəmir Yolları QSC (ADY) bu ilin yanvar-aprel aylarında 2 milyon 979 min 167 sərnişin daşıyıb.

Globalinfo.az xəbər verir ki, bu barədə ADY məlumat yayıb.

Məlumata görə, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 412 min 949 sərnişin və ya 16,1% çoxdur.

Bu müddət ərzində Abşeron dairəvi marşrutu üzrə qatarlarla 2 milyon 820 min 738 sərnişin daşınıb. Bu da 2024-cü ilin eyni dövrünün nəticələri ilə müqayisədə 373 min 168 sərnişin və ya 15,2% çoxdur.

Bu ilin yanvar-aprel aylarında Bakı-Ağstafa-Bakı marşrutu üzrə 123 min 89 sərnişin daşınıb ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 18 min 849 sərnişin və ya 18,1% çoxdur.

Bu ilin ilk dörd ayında Bakı-Qəbələ-Bakı marşrutu üzrə 11 min 909 sərnişin daşınıb ki, bu da 2024-cü ilin ilk 4 ayı ilə müqayisədə 2 499 sərnişin və ya 17,3% azdır.

O cümlədən, bu il qatarla səfər etmiş xarici turistlərin sayı 2 035 sərnişin və ya 33% artaraq 8 281 nəfər olub.

Hesabat dövründə Bakı-Balakən-Bakı marşrutu üzrə 23 min 431 sərnişin daşınıb.

Bir bunu deyən yazı "AAy 2024 2025- ci ilin yanvar yanvar-aprel aylarında sarnişindaşımanın müqayisasi 2024 2 566 2566218 218 SaRNİŞİN +16% 2025 2 979 167 SaRNİŞİN Abşeron dairavi 2 447 570 Abşerondairavi dairavi Abşeron 2 820 2820738 738 Bakı Ağstafa Bakı 104 240 Bakı Agstafa Bakı 123089 123 089 Baki-Qabala-Baki Baki Qebale Bakı 14 408 Bakı- Qabala Bakı 11 909 Bakı Balakan Bakı Bakı Balakan Bakı 23 23431 431 Xaricituristlar Xarici turistiar 6 246 Xaricituristler Xarici turistler 8 281 2025 2024" şəkili ola bilər

Paylaş: