Bu il nikaha girən ən gənc cütlüyün yaşı açıqlandı

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 2022-ci ilin ilk 8 ayında qeydiyyat orqanlarında 40.270 nikah dövlət qeydiyyatına alınıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin (ƏN) Mətbuat xidmətindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib.

Rəsmi məlumata görə, hesabat dövründə nikaha daxil olan ən gənc kişi 18 yaşında, ən gənc qadın isə 17 yaşında olub:

“17 yaşlı qadının və 18 yaşlı kişinin ilk nikahı qeydə alınıb”.