Bu il Kərkicahana köç olacaq – FOTOLAR

Fevralın 13-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev vətəndaşların növbəti qəbulunu keçirib.

Komitədən Globalinfo.az-a verilən məlumata görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, məşğulluğunun artırılması üçün genişmiqyaslı tədbirlər həyata keçirilib. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da müharibədən əziyyət çəkən insanlara, o cümlədən məcburi köçkünlərə xüsusi diqqət və qayğı göstərdiyi qeyd olunub.

Komitə sədrinin fərdi qaydada qəbul etdiyi məcburi köçkünlər də tezliklə doğma yurda qayıdacaqlarına əmin olduqlarını bildiriblər. Qəbulda iştirak edən vətəndaşların müraciətləri, əsasən, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər, status, vahid aylıq müavinət, məşğulluq, işğaldan azad olunmuş ərazilərə qayıdış və digər məsələlərlə əlaqədar olub.

Vətəndaşlara bildirilib ki, müraciətləri və qaldırdıqları məsələlər araşdırılacaq, qanunvericiliyə uyğun şəkildə həll ediləcək.

Vətəndaşların fərdi qəbulu başa çatdıqdan sonra Dövlət Komitəsinin sədri Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinin bir qrup sakini ilə görüşüb. Komitə sədri dövlət başçısının işğaldan azad edilmiş ərazilərin bərpası, məcburi köçkünlərin doğma yurda effektiv qayıdışı ilə əlaqədar verdiyi tapşırıqların icra vəziyyəti barədə görüş iştirakçılarına ətraflı məlumat verilib. Qeyd olunub ki, bu il Kərkicahan qəsəbəsinə məcburi köçkünlərin ilk qrupu köçürüləcək. Qəbulda iştirak edən sakinlər doğma yurda qayıtmağa hazır olduğunu bildirib.

Bu il Kərkicahana məcburi köçkünlərin ilk qrupu köçürüləcəkBu il Kərkicahana məcburi köçkünlərin ilk qrupu köçürüləcəkBu il Kərkicahana məcburi köçkünlərin ilk qrupu köçürüləcəkBu il Kərkicahana məcburi köçkünlərin ilk qrupu köçürüləcək