Bu il əlillik təyin edilən şəxslərin sayı açıqlandı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 2022-ci ilin yanvar-noyabr ayları ərzində 54,2 min şəxsə əlillik təyin edilib.

Nazirlikdən Globalinfo.az-a bildirilib ki, onlardan 18,4 mininə ilkin, 35,8 mininə isə təkrar əlillik təyinatı aparılıb.

Əlilliyin qiymətləndirilməsi səhiyyə müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında həyata keçirilir.

Əlillik təyin edildikdən sonra əlilliyə görə müvafiq sosial ödənişlərin təyinatı da e-sistem üzərindən proaktiv qaydada aparılır.