12 sürücü övladının ölümünə səbəb oldu

Azərbaycanda yol qəzaları ilə bağlı yeni statistika açıqlanıb.

Globalinfo.az bildirir ki, Baş Dövlət Yol Polisi İdarəsindən verilən xəbərə görə, statistikada qəzalar zamanı yaxın qohumlarının ölümünə səbəb olan sürücülərin sayı qeyd olunub.

Bildirilir ki, 2023-cü ildə 3 sürücü atasının, 8 sürücü anasının, 3 sürücü qardaşının, 3 sürücü bacısının, 8 sürücü oğlunun, 4 sürücü qızının, 11 sürücü həyat yoldaşının, 21 sürücü isə yaxın qohumlarının ölümünə səbəb olub.