Bu iki səbəb Rusiyaya müharibədə güc verir – Podolyak

“Ukraynaya qarşı müharibədə Rusiyaya stimul verən iki əsas problem var”.

Globalinfo.az xəbər verir ki, bunu Ukrayna prezident aparatı rəhbərinin müşaviri Mixail Podolyak deyib.

“İndi iki əsas problem var. Hər ikisi açıq şəkildə Rusiyanı təzyiqləri artırmağa təşviq edir. Birinci problem Ukraynanın öz müttəfiqləri ilə yaşadığı uçurum və süni silah çatışmazlığının yaradılmasıdır. İkinci problem Rusiyanın hücumları və yerli üstünlüklərə malik olmasıdır. Onlar bunu təkcə Qərb media platformalarında deyil, həm də daxili bazarda uğurla nümayiş etdirirlər. Yəni, nəyi necə dəyişdirmək, cəmiyyətin psixologiyasına necə təsir etmək lazım olduğunu yaxşı bilirlər” – Podolyak vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az