https d1e00ek4ebabms.cloudfront.net production 767985e2 a03f 4e24 ab3b bdd52b18922e

II Dünya müharibəsindən sonra ilk dəfə liberal qaydalara əsaslanan dünya nizamı zəifləyir və yeni orta güclər qlobal oyunun qaydalarını formalaşdırmağa başlayıblar.

Globalinfo.az xəbər verir ki, bunu Finlandiya Prezidenti Aleksandr Stubb “Foreign Affairs” üçün yazdığı məqalədə bildirib

Stubb qeyd edir ki, biz artıq yeni nizamsızlıq dünyasında yaşayırıq və çoxtərəfli əməkdaşlıq yerini çoxqütblü rəqabətə verir.

Onun fikrincə, inkişaf etməkdə olan ölkələr – Braziliya, Hindistan, Meksika, Nigeriya, Səudiyyə Ərəbistanı, Cənubi Afrika və Türkiyə iqtisadi gücə və geosiyasi nüfuza malik olaraq qlobal nizamı sabitliyə və ya qeyri-sabitliyə doğru əymək imkanındadır.

Finlandiya lideri hazırda qlobal Qərb, qlobal Şərq və qlobal Cənub arasında üçtərəfli rəqabətin mövcud olduğunu vurğulayır.

O, əlavə edib ki, növbəti beş-on il gələcək onilliklər üçün dünya nizamını formalaşdıracaq və bir dəfə qurulduqdan sonra bu nizam uzun müddət davam edir.

Tahir Turan
Globalinfo.az

Paylaş: