Bu idmançı və məşqçilər mükafatlandırılacaq – Qərar

Olimpiya ilə yanaşı, paralimpiya və qeyri-olimpiya proqramına daxil olan idman növləri üzrə də Dünya və Avropa çempionatları və Kubok yarışlarında ən yüksək nəticələr göstərmiş Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri mükafatlandırılacaq.

Globalinfo.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov “Olimpiya Proqramına daxil olan idman növləri üzrə Dünya və Avropa çempionatları və Kubok yarışlarında ən yüksək nəticələr göstərmiş Azərbaycan Respublikasının idmançıları və onların məşqçilərinin mükafatlandırılması haqqında” Azərbaycan Nazirlər Kabinetinin 2000-ci il 24 mart tarixli 57 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Qərar imzalayıb.

Qərarla paralimpiya və qeyri-olimpiya proqramına daxil olan idman növləri üzrə də Dünya və Avropa çempionatları və Kubok yarışlarında ən yüksək nəticələr göstərmiş Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri mükafatlandırılanlar siyahısına əlavə olunub.

Mükafat məbləğlərinin cədvəlini təqdim edirik:

Sıra

№-si

Yarışın növü Tutduğu yer və mükafatın məbləği

(manatla)

I II III
1 2 3 4 5
1. Dünya Çempionatı
idmançı 15000 10000 6000
məşqçi 7500 5000 3000
2. Avropa Çempionatı
idmançı 10000 6000 2000
məşqçi 5000 3000 1000
3. Dünya Kubokunun final yarışı (ümumi hesabda)
komandanın idmançıları 20000 15000 10000
komandanın məşqçiləri 10000 7500 5000
4. Avropa Kubokunun final yarışı (ümumi hesabda)
komandanın idmançıları 15000 10000 8000
komandanın məşqçiləri 7500 5000 4000
5. Dünya Kubokunun final yarışı (fərdi)
idmançı 6000 4000 3000
məşqçi 3000 2000 1500
6. Avropa Kubokunun final yarışı (fərdi)
idmançı 4000 3000 2000
məşqçi 2000 1500 1000
7. Dünya birinciliyi (gənclər)
idmançı 3000 2000 1500
məşqçi 1500 1000 750
8. Dünya birinciliyi (yeniyetmələr)
idmançı 2500 1500 1000
məşqçi 1250 750 500
9. Avropa birinciliyi (gənclər)
idmançı 2000 1000 800
məşqçi 1000 500 400
10. Avropa birinciliyi (yeniyetmələr)
idmançı 1500 800 600
məşqçi 750 400 300