“Sərhədin demarkasiyası qaydasının müəyyənləşməsi həm Ermənistan, həm də Azərbaycan üçün qələbədir”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.
O, hər iki ölkədə proseslərin müsbət şəkildə irəliləcəyinə ümid etdiyini bildirib:
“Bu, ikitərəfli qələbədir. Demarkasiya reqlamenti Azərbaycan və Ermənistan arasında imzalanan ilk sənəddir. Onun həyata keçirilməsi iki ölkənin müstəqilliyinin və ərazi bütövlüyünün ən mühüm təməl daşlarından biridir. Prosesin hansı ərazidən davam etdirilməsinə dair qərar yoxdur, hazırda bu istiqamətdə müzakirələr gedir. Biz bir çox məsələləri həll etmişik, siyasi iradə olarsa, qalanları da həllini tapacaq”.
Ayşən Mustafa
Globalinfo.az