“Bu halda Rəşad Dağlını daha az cəza gözləyir” – Hüquqşünas

“Rəşad Dağlının cinayəti törətdikdən sonra könüllü təslim olması və etiraf etməsi yüngülləşdirici haldır”.

Bu sözləri Globalinfo.az-a açıqlamasında hüquqşünas Elçin Sadıqov deyib.

O bildirib ki, zərərçəkmişin hüquqi varisinin şikayət və tələbinin olmaması da yüngülləşdirici hal ola bilər:

“Belə hallarda zərərçəkmiş şəxsin davranışı da nəzərə alınır. Bunlar hamısı məhkəmə tərəfindən qiymətləndiriləcək. Amma burada 120.1-ci maddə tövsif olunub. Bu o deməkdir ki, R.Dağlını 14 ilə qədər həbs gözləyir. Lakin barışıq olarsa, məhkəmə 62-ci maddəni tətbiq edə bilər. Daha əvvəl belə hal yaşanıb və hakim müttəhimə 7 il həbs cəzası verib”.

Qeyd edək ki, meyxanaçı Rəşad Dağlı 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi bıçaqlayaraq qətlə yetirib. Hadisəyə İsgəndərin Rəşad Dağlının arxasınca söyüş söyməsinin səbəb olduğu deyilir.

Zaira Akifqızı, Globalinfo.az