Bu halda Qərb Ermənistana silah verə bilməyəcək – Qureçki

1705398510 1699507275 984989 88f3fc45 1468 3a72 9801 d242abb4ece3 850

“Gürcüstandakı proseslər son nəticədə Ermənistana Qərb silahlarının verilməsini çətinləşdirə bilər”.

Globalinfo.az xəbər verir ki, bunu polşalı politoloq Voyçex Qureçki deyib.

O bildirib ki, əgər Gürcüstan Qərbdən uzaqlaşmağa başlasa, o zaman Avropa üçün Ermənistanı dəstəkləmək çox çətin olacaq. Çünki bu cür dəyişikliklər Qərbin Ermənistana çıxışının olmamasına gətirib çıxaracaq. Hərçənd, indi də Gürcüstan üzərindən bu əlaqəni saxlamaq asan deyil.

“Əgər Gürcüstan həqiqətən də xarici siyasət istiqamətini dəyişsə, o zaman Ermənistana dəstək məsələsi daha da mürəkkəbləşəcək. Qərbin Ermənistanı dəstəkləmək arzusu var, lakin texniki cəhətdən bunu etmək çox çətin olacaq. Gürcüstanda bu cür dəyişikliklər Qərbdən silah tədarükünə mənfi təsir göstərə bilər. Amma Gürcüstanın xarici siyasət istiqamətinin dəyişməsi barədə danışmaq hələ tezdir. Tbilisi hələ də Avropaya inteqrasiya elan edir, yəni deklarativ səviyyədə heç nə dəyişməyib”, – deyə politoloq vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az