“ABŞ bu halda Üçüncü Dünya müharibəsində məğlub olacaq” – Tramp

 

“Baydenin seçkilərdə qələbəsi ABŞ-ın III Dünya Müharibəsində məğlubiyyətinə səbəb olacaq”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ-ın sabiq Prezidenti Donald Tramp deyib.

O bildirib ki, Bayden yenidən seçilsə, yüksək inflyasiya və qeyri-leqal miqrant axını ətrafında vəziyyət daha da pisləşəcək.

“Co Bayden tezliklə bizi Üçüncü Dünya Müharibəsində məğlubiyyətə uğradacaq. Ölkəmiz dağıdılır. Əgər qalib gəlsəm, ABŞ-Meksika sərhədinə nəzarəti gücləndirəcəm. Qalib gələndən sonra ilk və ən təcili addım sərhədi bağlamaq, qeyri-qanuni mühacirləri evlərinə göndərmək olacaq”, – Tramp vurğulayıb.

Xatırladaq ki, ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək.

Əliyar Xəlil
Globalinfo.az