Futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinin daha bir oyunu keçirilib.
Globalinfo.az xəbər verir ki, “Qarabağ” MOİK-lə üz-üzə gəlib.
Xankəndi şəhər stadionundakı qarşılaşma Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə bitib. 90+5-ci dəqiqədə Nəriman Axundzadə qələbə qoluna imza atıb.
“Köhlən atlar” 1/4 “Sabah”la üz-üzə gələcək.
***15:11
Xankəndidə “Qarabağ” və MOİK arasında keçirilən Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyununda ikinci hissə başlayıb.
Globalinfo.az xəbər verir ki, hələlik görüşdə hesab açılmayıb.
***14:53
Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində Xankəndi şəhər stadionunda keçirilən “Qarabağ” – MOİK matçında ilk hissə başa çatıb.
Globalinfo.az xəbər verir ki, birinci hissədə hesab açılmayıb.
***14:35
“Qarabağ”-MOİK matçının 29-cu dəqiqəsində “Köhlən atlar” hesabı açsa da, qol oyundan kənardan vurulduğu üçün qeydə alınmayıb.
***14:00
“Qarabağ” və MOİK komandaları arasında Xankəndidə keçirilən Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyunu başlayıb.
Globalinfo.az xəbər verir ki, Xankəndi şəhər stadionundakı qarşılaşma az öncə start götürüb. Topa ilk toxunuşu Prezident İlham Əliyev edib.
Matçı Əli Əliyevin başçılıq etdiyi hakimlər briqadası edir. Bu oyunun qalibi 1/4 finalda “Sabah”la üz-üzə gələcək.
Xankəndidəki görüş işğaldan azad olunmuş ərazilərdə 30 ildən sonra ilk futbol oyunudur.
***12:53
Azərbaycan Kubokunda 1/8 final mərhələsinin “Qarabağ” – MOİK oyununun keçiriləcəyi Xankəndi stadionu tarixi matça hazırlanır.
Globalinfo.az bildirir ki, Baku TV-nin əməkdaşları stadiondakı son durumu canlı yayımla çatdırırlar:
***10:25
Bu gün Azərbaycan kubokunda tarixi oyun keçiriləcək.
Globalinfo.az xəbər verir ki, turnirin 1/8 final mərhələsində Ağdamın “Qarabağ” klubu Xankəndi şəhərində MOİK-lə üz-üzə gələcək.
Görüş saat 14:00-da başlayacaq.
Bu, 30 illik fasilədən sonra Qarabağ bölgəsinin işğaldan azad edilmiş hissəsində ilk rəsmi oyun olacaq. Sonuncu dəfə işğal altında olmuş ərazidə oyun 1993-cü ilin mayında Azərbaycan çempionatında “Qarabağ”la “Turan” (Tovuz) arasında olub. Ağdamın “İmarət” stadionunda keçirilmiş həmin matçda “Qarabağ” 1:0 hesabı ilə qələbə qazanıb. Bu oyundan 2 ay sonra Ağdam işğal edilib.
Qeyd edək ki, Xankəndi şəhər stadionunda keçiriləcək qarşılaşmanı Əli Əliyev idarə edəcək.
Bu gün baş tutacaq görüşə saat 14:00-da start veriləcək.
14:00. “Qarabağ” – MOİK
Hakimlər: Əli Əliyev, Şirmamed Mamedov, Taleh Məmmədov, Kamal Umudlu
VAR: Cavid Cəlilov
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Emin Cəfərov
