Bu gün toyu olacaq qız gözəllik salonuna gedərkən yol qəzasında öldü

Yevlaxda avtomobilin su kanalına düşməsi nəticəsində iki nəfər ölüb, bir nəfərin axtarışları davam etdirilir. 

Bu barədə Globalinfo.az-a Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, noyabrın 7-də səhər saatlarında rayonun Səmədabad kəndi ərazisində Gəncə şəhər sakini Famil Qasımov idarə etdiyi BMW markalı avtomobili su kanalına aşırıb. Nəticədi F.Qasımov və sərnişini Nuranə Hüseynova ölüb. Digər  sərnişinlərdən Xəyalə Hüseynova xəstəxanaya yerləşdirilib, Günay Hüseynovanın axtarışları davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

X X X

Yevlaxda bu gün toyu olacaq qız gözəllik salonuna gedərkən yol qəzasında ölüb.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Səmədabad kəndində qeydə alınıb.

Belə ki, minik avtomobili hərəkətdə olarkən idarəetmədən çıxıb.

Nəticədə avtomobil Qarabağ su kanalına düşüb. Avtomobilin içərisində olan 1991-ci il təvəllüdlü Qasımov Famil Abbasov oğlu və Hüseynova Nuranə Hümbət qızı dünyasını dəyişib.

Onların meyiti tibbi ekspertizaya aparılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Qəzada ölən 18 yaşlı qızın bu gün toyu olacaqdı. Qəza hadisəsi də toya hazırlıq məqsədilə səhər saatlarında gözəllik salonuna gedərkən baş verib.