Bu gün silahlı basqında ölən Rüfət Həşimovun müsahibəsi – VİDEO

Bu gün Bakının Xətai rayonu Əhmədli qəsəbəsində yerləşən hipermarketə edilmiş silahlı basqın nəticəsində ölən Həşimov Rüfət Rahib oğlunun 2021-ci ildə “İdman TV”yə verdiyi müsahibə yayılıb. 

Ailənin yeganə oğlan övladı olan H.Rüfət Vətən müharibəsinin könüllü iştirakçısı olub. O, Füzuli istiqamətində gedən döyüşlərə qoşulub.

Xatırladaq ki, R.Həşimov aldığı xəsarətdən hadisə yerində ölüb. Onunla birgə hipermarketə gələn digər əməkdaş, eləcə də atışma zamanı xəsarət alan qadın xəstəxanaya yerləşdirilib.

Globalinfo.az videomüsahibəni təqdim edir: