Növbəti humanitar yük Xankəndiyə yola salındı – YENİLƏNİB

Ağdam yolu ilə növbəti humanitar yük və tibbi ləvazimatlar Xankəndiyə yola salınıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, 4 yük maşını 40 ton unu, gigiyenik vasitələri, yataq dəstlərini ünvana çatdırmaq üçün Xankəndiyə doğru hərəkət edib.

***10:30

Sentyabrın 26-da növbəti humanitar yardım Xankəndiyə yola salınır.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, 4 yük maşını 40 ton unu, gigiyenik vasitələri, yataq dəstlərini ünvana çatdıracaq.

Həmçinin, növbəti təcili tibbi yardım maşını Xankəndi yaxınlığında yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində yaralanan şəxslərə tibbi ləvazimatlar aparır.

Humanitar yardım Ağdam-Əsgəran-Xankəndi yolu ilə Xankəndiyə göndərilir.

Bu gün Ağdam yolu ilə növbəti humanitar yük Xankəndiyə yola salınır - FOTO Bu gün Ağdam yolu ilə növbəti humanitar yük Xankəndiyə yola salınır - FOTO Bu gün Ağdam yolu ilə növbəti humanitar yük Xankəndiyə yola salınır - FOTO