Yeni yaradılan kino ittifaqının İdarə heyəti təsdiqləndi

Azərbaycanda yeni yaradılan kino ittifaqının – Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə heyəti təsdiq edilib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, İdarə Heyətinin tərkibində Xalq artisti Şəfiqə Məmmədova, Xalq artisti Vaqif Mustafayev, Xalq yazıçısı Anar da daxil olmaqla 30-dan çox nəfərin adı təsdiqlənib.

Rejissor Oqtay Mir Qasımın İdarə Heyətində təmsil olunması təklif edilsə də, birləşmənin əleyhinə səs verdiyi üçün ümumi etirazlardan sonra qərara alınıb ki, konfransdan sonra onun öz fikri alınsın.

Eləcə də Əbdül Mahmudovun adı da İdarə Heyəti üçün təklif edilib. Lakin o özü bundan imtina edib.

Rejissor Zamin Məmmədov isə İdarə Heyəti seçkisindən narazı olduğunu deyərək, ümumiyyətlə üzvlükdən çıxdığını bəyan edib.

Azərbaycanda yeni yaradılan kino ittifaqının İdarə heyəti təsdiq edilib - FOTO - YENİLƏNİB

Azərbaycanda yeni yaradılan kino ittifaqının İdarə heyəti təsdiq edilib - FOTO - YENİLƏNİB

Azərbaycanda yeni yaradılan kino ittifaqının İdarə heyəti təsdiq edilib - FOTO - YENİLƏNİB

Azərbaycanda yeni yaradılan kino ittifaqının İdarə heyəti təsdiq edilib - FOTO - YENİLƏNİB

Azərbaycanda yeni yaradılan kino ittifaqının İdarə heyəti təsdiq edilib - FOTO - YENİLƏNİB

v

***13:34

Azərbaycanın iki kino ittifaqı birləşib və yeni təşkilatın adı Azərbaycan Kinematoqrafçılar İttifaqı olub.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, məsələ səsverməyə qoyularaq yekdilliklə qəbul edilib.

Eyni zamanda yeni yaradılan qurumun nizamnaməsi də təsdiq olunub.

Qeyd edək ki, təkcə rejissor Oqtay Mir Qasımov kino ittifaqlarının birləşməsinin əleyhinə olub.

***13:05

Bakıda Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) birləşməsilə bağlı konfrans keçirilir.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, Teatr Xadimləri İttifaqının “Aktyor Evi”ndə baş tutan tədbirdə kino ittifaqlarının birləşməsi rəsmiləşəcək, yeni qurumun nizamnaməsi təsdiqlənəcək, eləcə də sədr və idarə heyəti seçiləcək.

Qeyd edək ki, AKİ və ARKİ-nin birləşməsi məsələsi ötən il gündəmə gəlib. 2023-cü il iyulun 26-da iki qurumun idarə heyətlərinin birgə iclası keçirilib və birləşmə haqqında birgə bəyanat qəbul edilib.

AKİ 1963-cü ildən fəaliyyət göstərir, İdarə Heyətinin sədri Xalq artisti Rasim Balayevdir. ARKİ isə 2012-ci ildə yaradılıb və İdarə Heyətinin sədri Xalq artisti Şəfiqə Məmmədovadır.

***12:32

Azərbaycandakı kino ittifaqları – Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) və Azərbaycan Respublikası Kinematoqtafçılar İttifaqı (ARKİ) bu gün rəsmi surətdə birləşəcək.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, hazırda ittifaqların birləşmiş konfransı keçirilir.

Konfransa yeni yaradılacaq təşkilatın Nizamnaməsinin təsdiqi, sədrinin və idarə heyətinin seçilməsi nəzərdə tutulub.