Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verilməsi ilə bağlı sərəncam imzalayıb.
Sərəncama əsasən, polkovnik Zaur Qəzənfər oğlu Yusifliyə, polkovnik Ümüdvar Əzizalı oğlu Quliyevə, polkovnik Anar Tofiq oğlu Hüseynova, polkovnik Etibar İsmayıl oğlu Məhərrəmova “general-mayor” ali hərbi rütbəsi verilib.
Bundan başqa, 1-ci dərəcəli kapitan Şahin Oruc oğlu Məmmədova “kontr-admiral” ali hərbi rütbəsi verilib.
Globalinfo.az bildirir ki, Teleqraf bu məqamda ali hərbi rütbələr verilən zabitlərlə bağlı məlumatları təqdim edir:
Ümidvar Quliyev Heydər Əliyev adına Hərbi İnstitutun rektorudur.
Vətən müharibəsi iştirakçısı döyüşlərdə göstərdiyi şücaətə görə “Qarabağ” ordeni ilə təltif edilib.
Etibar Məhərrəmov isə Əlahiddə Ümumqoşun Ordusu Komandanının birinci müavini – Qərargah rəisidir.
44 günlük Vətən mübaribəsi iştirakçısı Laçın rayonunun Sus kəndindəndir. O, müharibədə göstərdiyi xidmətlərə görə “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda” və digər medallarla təltif edilib.
Zəfər Yusibov isə Vətən Müharibəsi Qəhrəmanıdır. O, Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunlarının N saylı hərbi hissəsinin komandiridir.
Qeyd edək ki, Z. Yusibov 1982-ci ildə Şəkinin Çayqaraqoyunlu kəndində dünyaya gəlib. 2019-cu ilin avqustunda daxili işlər naziri general-polkovnik V. Eyvazov ona növbədənkənar mükafat qaydasında “polkovnik” rütbəsini təqdim edib. O, Vətən müharibəsi iştirakçısıdır, qızğın döyüşlər zamanı Hadrutda Azərbaycan bayrağını ilk dəfə dalğalandıran xüsusi təyinatlımızdır.
Şahin Məmmədov isə Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanıdır.