Superkubok: “Real Madrid” – “Barselona” matçında 5 qol vuruldu

İspaniya Superkubokunun finalında “Real Madrid” və “Barselona” üz-üzə gəlib.

Globalinfo.az xəbər verir ki, Ər-Riyaddakı (Səudiyyə Ərəbistanı) “Əl-Əvval Park” stadionunda baş tutan qarşılaşma “Real Madrid”in 4:1 hesablı qələbəsi ilə başa çatıb.

“Real”ın qollarını Vinisius Junior (3) və Rodriqo vurub.

“Barselona”nın heyətində Levandovski fərqlənib, Arrauxo isə qırmızı vərəqə ilə meydandan qovulub.

Beləliklə, “Real Madrid” İspaniya Superkubokunu 13-cü dəfə qazanıb.