İspaniya-Almaniya matçı 1:1 hesablı bərabərliklə bitib

Qətərdə keçirilən dünya çempionatının E qrupunun ikinci turunda üz-üzə gələcək İspaniya və Almaniya yığmalarının qarşılaşmasında qalib olmayıb. Oyun heç-heçə başa çatıb. Hakim itirilmiş vaxta əlavə olaraq 6 dəqiqə əlavə etsə də, 96 dəqiqə boyunca hesab 1:1 olub.  

Globalinfo.az Report-a istinadla xəbər verir ki, matçın 62-ci dəqiqəsində Alvaro Morata İspaniyanı hesabda önə çıxarıb. 83-cü dəqiqədə isə Niklas Füllkrüq Almaniyanın bərabərlik qoluna imza atıb.

Bu nəticə ilə xallarının sayını 4-ə yüksəldən İspaniya yığması qrupda ilk pillədəki yerini qoruyub.

Hərəsinin 3 xalı olan Yaponiya və Kosta Rika uyğun olaraq 2 və 3-cü yerləri bölüşüblər.

Almaniyanın isə 1 xalı var və sonuncu pillədə qərarlaşıb.

Qrupun son oyunlarında Almaniya Kosta Rika, Yaponiya isə İspaniya ilə qarşılaşacaq.

***

Qətərdə keçirilən dünya çempionatının E qrupunun ikinci turunda İspaniya yığması Almaniya millisi ilə qarşılaşır.

Globalinfo.az xəbər verir ki, görüş saat 23:00-da start götürüb.

***

İspaniya və Almaniya komandaları arasında görüşün ikinci hissəsi başlayıb.

İlk hissə qolsuz bərabərliklə başa çatıb.

***

Qarşılaşmanın 62-ci dəqiqəsində Alvaro Morata İspaniyanı önə keçirən qola imza atıb. 

***

 

Qətərdə təşkil olunan Dünya Çempionatının qrup mərhələsində bu gün keçirilən oyunların cədvəli belədir:

27 noyabr

E qrupu

14:00. Yaponiya – Kosta Rika

Baş hakim: Maykl Oliver (İngiltərə)

23:00. İspaniya – Almaniya

Baş hakim: Denni Makkelli (Niderland)

F qrupu

17:00. Belçika – Mərakeş

Baş hakim: Sesar Arturo Ramos (Meksika)

20:00. Xorvatiya – Kanada

Baş hakim: Andres Matonte (Uruqvay)

***10:00

E qrupunda keçirilən Yaponiya – Kosta Rika matçı start götürüb.

***

Kosta Rika millisi 81-ci dəqiqədə Keyşer Fullerin qolu ilə hesabı açıb.

***

Matç Kosta Rikanın 1-0 hesablı qələbəsi ilə yekunlaşıb.

***

Qətərdə keçirilən Dünya Çempionatında Belçika və Mərakeş yığmaları arasında F qrupunun II tur oyunu başlayıb.

Matç Bakı vaxtı ilə saat 17:00-da start götürüb.

***

Belçika və Mərakeş yığmaları arasında F qrupunun II tur oyununda birinci hissə başa çatıb. 

Komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar.

***

Belçika və Mərakeş yığmaları arasında F qrupunun II tur oyununda ikinci hissə başlayıb. 

Hələlik qarşılaşmada hesab açılmayıb.

***

Qətərdə keçirilən dünya çempionatında Belçika və Mərakeş yığmaları arasında F qrupunun II tur oyununda hesab açılıb. 

Globalinfo.az-ın məlumatına görə, 73-cü dəqiqədə Abdelhamid Sabiri Mərakeşi hesabda önə keçirib – 1:0.

***

Qətərdə keçirilən dünya çempionatında Belçika və Mərakeş yığmaları arasında F qrupunun II tur oyununda növbəti qol vurulub.

Məlumata görə, 90+2-ci dəqiqədə Mərakeş yığmasında Zakariya Abuhlyal fərqi artırıb – 2:0.

Afrika təmsilçisi xallarının sayını dördə çatdırıb və liderliyə yüksəlib. Belçika üç xalla ikinci, Xorvatiya bir xalla üçüncü sıradadır. Xalı olmayan Kanada seçməsi sonuncu yerdədir.

Qrupun digər görüşündə Xorvatiya Kanada ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

***

Dünya çempionatında Xorvatiya və Kanada yığmaları arasında F qrupunun II tur oyunu başlayıb.

Globalinfo.az xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürüb.

Görüşün ilk dəqiqəsində Alfonso Deyvis Kanadanı hesabda önə çıxarıb.

Komandalar matça aşağıdakı heyətlə çıxıblar:

Xorvatiya: Dominik Livakoviç, Yosip Yuranoviç, Deyan Lovren, Yosko Qvardiol, Borna Sosa, Luka Modriç, Marselo Brozoviç, Mateo Kovaçiç, Marko Livaya, İvan Perişiç, Andrey Kramariç.

Kanada: Milan Boryan; Riçi Lareya, Alister Conston, Stiven Vitoriya, Kamal Miller, Alfonso Deyvis; Tedjon Byukenen, Atiba Hatçinson, Stiven Euştakiu, Kayl Larin; Conatan Devid.

***

Qətərdə keçirilən dünya çempionatında Xorvatiya və Kanada yığmaları arasında F qrupunun II tur oyununda növbəti qol vurulub.

Avropa təmsilçisi hesabı bərabərləşdirib – 1:1

Xorvatiya yığmasının heyətində Andrey Kramariç.36-cı dəqiqədə tarazlığı bərpa edib.

***

Qətərdə keçirilən dünya çempionatında Xorvatiya və Kanada yığmaları arasında F qrupunun II tur oyununda birinci hissə başa çatıb. 

Avropa təmsilçisi fasiləyə öndə yollanıb – 2:1.

***

Avropa komandasının oyunçusu Andrey Kramariç hesab arasındakı fərqi artırıb – 3:1.

***

Avropa təmsilçisi rəqibini 4:1 hesabı ilə üstələyib. Görüşdə hesabı 2-ci dəqiqədə Kanada yığmasının heyətində Alfonso Deyvis açıb. 

Xorvatların qollarını 36-cı və 70-ci dəqiqələrdə Andrey Kramariç, 44-cü dəqiqədə Marko Livaya, 90+4-cü dəqiqədə isə Lovro Mayer vurub.

Ötən mundialın finalçısı qələbə sayəsində xallarının sayını 4-ə çatdırıb və liderliyə yüksəlib. İkinci sıradakı Mərakeş kollektivinin də eyni xalı var. Belçika 3 xalla üçüncü yerdədir. Xalı olmayan Kanada kollektivi növbəti mərhələ şanslarını itirib.