Bu gün baş nazirlər Moskvada görüşəcək

Rusiya, Ermənistan və Azərbaycan Baş nazirləri müavinlərinin sədrliyi ilə işçi qrupun iclası iyunun 2-də Moskvada keçiriləcək.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan bildirib.

“Regional kommunikasiyalar üzrə işçi qrupun iclası iyunun 2-də Moskvada planlaşdırılır”, – Paşinyan qeyd edib.

Onun sözlərinə görə, tədbirdə Ermənistandan Baş nazirin müavini Mger Qriqoryan, Rusiyadan Baş nazirin müavini Aleksey Overçuk, Azərbaycandan Baş nazirin müavini Şahin Mustafayev iştirak edəcək.