Bu gün adı açıqlanan iki şəhidimiz… – FOTOLAR

Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların qarşısını alarkən şəhid olan daha 2 hərbçimizin adını açıqladı.

Globalinfo.az bildirir ki, “Qafqazinfo”nun nazirliyin təqdim etdiyi siyahıya əsasən verdiyi xəbərə görə, həmin şəxslər baş leytenant Nәcәfzadә Hüseyn Abbasqulu oğlu və әsgәr Omarov Eşqin Nәsib oğludur.

Qeyd edək ki, H.Nəcəfzadə 11.10.1997, E.Omarov isə 10.07.2003-cü il təvəllüdlür. Onların hər ikisi Milli orduda xidmət edib.

Allah rəhmət eləsin!