Peyvənd olunanların sayı açıqlandı

 

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə cəmi bir vaksin vurulub.

Bu barədə Globalinfo.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Son sutkada üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 1 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 907 099, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 388 608, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 870 717, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 385 038, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 262 736 nəfər təşkil edir.

Azərbaycanda son sutkada COVID-19 əleyhinə 1 nəfər peyvənd olunub