“İsveçli ekofəal Qreta Tunberq emosiyalarını idarə etməyi öyrənməlidir.”
Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
“O, qəribə insandır. Gənc və qəzəblidir. Bunun əsl hislər olub-olmadığını bilmirəm. Amma nə baş verdiyini gördüm, inanmaq çətindir. Tunberq qətiyyən başqalarına bənzəmir. Düşünürəm ki, o, qəzəbini idarə etmək üçün dərslər almalıdır, əsas tövsiyəm budur”, – o bildirib.
Ağ Ev sahibi İsrailin kifayət qədər problemlərinin olduğunu vurğulayıb.
Qeyd edək ki, Q.Tunberq Qəzzaya humanitar yardım missiyası zamanı İsrailə bağlı qüvvələr tərəfindən saxlanılıb. O, azad edilməsi üçün İsveç hakimiyyətinə müraciət edərək Təl-Əvivə təzyiq göstərilməsinə çağırıb.
Günay Rəsulqızı
Globalinfo.az