moskva 12 900x506 1
Rusiya son 24 saat ərzində Moskvaya doğru uçan 74 Ukrayna dronunu zərərsizləşdirib”.

Globalinfo.az xəbər verir ki, bunu Moskva meri Sergey Sobyanin deyib.

“Bu gün Rusiya hərbi qüvvələri Moskvaya yaxınlaşan daha dörd PUA-nı məhv edib”, – deyə o bildirib.

Məlumata görə, dron hücumlarından sonra Moskvanın Vnukovo, Domodedovo və Şeremetyevo hava limanlarında təyyarələrin enişi və uçuşuna müvəqqəti məhdudiyyətlər tətbiq edilib.

Rusiya Müdafiə Nazirliyi bildirib ki, hava hücumundan müdafiə qüvvələri iyunun 22-nə keçən gecə Moskva vilayəti də daxil olmaqla Rusiyanın 14 bölgəsi üzərində 301 Ukrayna dronu aşkar edərək məhv edib.

Xatırladaq ki, iyunun 18-də Moskva Ukrayna qüvvələrinin son iki ildə ən böyük hücumuna məruz qalıb. Doqquz saat yarım ərzində şəhərə hücum etməyə çalışan 194 PUA məhv edilib.

Kreml daha əvvəl Prezident Vladimir Putinin hətta gecələr belə PUA-lar haqqında məlumat aldığını açıqlamışdı.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: