ABŞ Dövlət Departamenti Suriyadakı mövcud gərginliklə bağlı bəyanat yayıb.
Globalinfo.az xəbər veri ki, Vaşinqton münaqişədə iştirak edən bütün tərəflərlə danışıqlar aparıb və döyüşlərin dayandırılması istiqamətində müəyyən razılıqğın əldə olunduğu bildirilir.
“Biz Suriyadakı münaqişədə iştirak edən bütün tərəflərlə danışıqlar aparmışıq. Bu gecə döyüşlərə son qoymaq üçün konkret addımlar atmaq istəyirik, bu gecə həlledici olmalıdır”, – deyə Dövlət Departamentinin açıqlamasında vurğulanıb.
Hazırda tərəflər arasında əldə olunan razılığın detalları açıqlanmasa da, prosesin regional sabitlik üçün mühüm addım olduğu bildirilir. ABŞ tərəfi tərəfləri razılaşmaya sadiq qalmağa çağırıb.
Tahir Turan
Globalinfo.az