Bu futbolçuya 1 milyard avro qiymət qoyuldu

“Real Madrid” futbolçusu Eduardo Kamavinqa ilə yeni müqavilə imzalamaq istəyir.

Globalinfo.az Oxu.az-a istinadən xəbər verir ki, tərəflər sözləşmə üçün danışıqlara başlayıb. Madrid təmsilçisi oyunçunun müqaviləsinə 1 milyard avroluq sərbəstqalma məbləği daxil edəcək.

20 yaşlı yarımmüdafiəçinin “Real Madrid”lə hazırkı sözləşməsi 2027-ci ilə qədərdir.

Kamavinqa bu mövsüm “kral klubu”nun heyətində bütün turnirlərdə 42 oyun keçirib və 1 məhsuldar ötürmə edib.