Uzun müddətdir gözlənilən və iyulun 21-də premyerası olan “Barbie” filmi həftəsonu ABŞ-da 155 milyon dollar gəlir əldə edib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Varner Bros” kinostudiyasının nümayəndəsi Ceff Qoldşteyn deyib.
“Biz ilk həftəsonu 75 milyon dollar qazanacağımızı düşünürdük. Heç kim 155 milyon dollar gözləmirdi”,-deyə, o bildirib.
Qeyd edək ki, eyni tarixdə izləyicilərə təqdim edilən və “Barbie”yə rəqib sayılan rejissor Kristofer Nolanın çəkdiyi, “nüvə bombasının atası” adlandırılan amerikalı fizik Robert Oppenhaymerin həyatından bəhs edən “Oppenheimer” filmi isə həftəsonu ən çox gəlir gətirən ikinci film olub. Bu film 80,5 milyon dollar əldə edib.
Ayşən Mustafa
Globalinfo.az