Ukrayna rəhbərliyi Vaşinqtonun səylərinə görə heç bir minnətdarlıq bildirməyib.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bəyan edib.
Tramp “liderlik” sözünü dırnaq içərisində çəkərək Kiyev hakimiyyətinin qeyri-legitimliyinə eyham vurub.
Amerika Prezidenti onu da vurğulayıb ki, Avropa Rusiyadan neft almağa davam edir.
O qeyd edib ki, ABŞ hazırda NATO vasitəsilə Ukraynaya silah satır, Co Baydenin dövründə isə bu silahlar pulsuz paylanıb.
O, Ukrayna münaqişəsini “amansız və dəhşətli müharibə” adlandırıb. İddia edib ki, ABŞ və Ukraynada düzgün rəhbərlik olsaydı, bu, baş verməzdi.
“Bu humanitar fəlakətdə ölənlərin ruhları şad olsun”, – Tramp yazıb.
Tahir Turan
Globalinfo.az