Bu, Ermənistan üçün çox təhlükəlidir – Karasin

“Ermənistan geosiyasi oyunun obyektinə çevrilir. Bu, çox təhlükəlidir”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Qriqori Karasin deyib.

O, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın ABŞ və Avropa İttifaqı (Aİ) ilə tərəfdaşlıq barədə bəyanatını şərh edib.

“Mən Ermənistanın Rusiya ilə qarşıdurma kontekstində ABŞ və Qərbin geosiyasi oyun obyektinə çevrildiyini görürəm. Bu, çox təhlükəlidir, təkcə İrəvanla Moskva arasındakı münasibətlərə deyil, həm də Ermənistanın regional və dünyəvi perspektivlərinə çox böyük ziyan vura bilər. Bunu anlamamaq Ermənistan hökumətinin yanlışıdır”, – Karasin bildirib.

Xatırladaq ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ABŞ və Avropa İttifaqını Ermənistanın əsas tərəfdaşı adlandırıb. O, İrəvanın Brüssel və Vaşinqtonla iqtisadi və siyasi əlaqələri gücləndirdiyini deyib.

Əliyar Xəlil
Globalinfo.az