Ermənistan daha iki qonşusuna zərbə vurur – Voskanyan

“Ermənistan kollektiv Qərb tərəfindən anti-Rusiya və anti-İran platforması kimi qəbul edilir. Bu, bizim üçün ciddi təhlükədir”.

Globalinfo.az xəbər verir ki, bunu İranşünas ekspert Vardan Voskanyan deyib.

“Ermənistanın maraqlarından irəli gələn baxış qonşu İran və Rusiya ilə münasibətlərin pisləşməsini nəzərdə tutmur. Ümumiyyətlə, müxtəlif qüvvələrin ziddiyyətləri üzərində oynanılan istənilən siyasət Ermənistan üçün zərərlidir. Bu şəraitdə Ermənistan dialoq və əməkdaşlıq platformasına çevrilmək istiqamətində kurs tutmalıdır”, – Voskanyan bildirib.

Vardan Voskanyanın sözlərinə görə, Tehran Ermənistanın anti-İran platforması kimi görünə biləcəyindən narahatdır:

“Ona görə də iki istiqamətdə iş aparılır. Birincisi, Ermənistanın siyasətinin aydınlaşdırılması vacibdir. İkincisi, NATO ilə münasibətlərin kontekstini dəyişməyə ehtiyac var. Lakin Ermənistanın indiki hakimiyyəti buna qadir deyil. Çünki bu hakimiyyət bütün sahələrdə uğursuzluğa düçar olub”, – iranlı ekspert vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az