Son üç saat ərzində 7 ölkənin – Oman, Pakistan, Şri-Lanka, Qazaxıstan, Küveyt, Latviya, Bəhreyndən olan 70-ə yaxın vətəndaş “Astara” Dövlət sərhəd buraxılış məntəqəsindən təxliyə edilib.
Globalinfo.az xəbər verir ki, bu gün səhər saat 09:00-dan 18:00-dək isə 3-ü diplomat olmaqla 17 Rusiya vətəndaşının təxliyəsi həyata keçirilib.
Eyni zamanda Özbəkistanın 3 diplomatı, Çexiyanın 3 diplomatı, 31 Çin, 6 Britaniya, 4 Kanada, 20 Pakistan, 26 Tacikistan, 1 Qazaxıstan 1 Türkiyə vətəndaşı təhlükəsiz şəkildə təxliyə olunub.
***17:47
İrandan Azərbaycan sərhədi ilə təxliyə davam edir.
Globalinfo.az bildirir ki, Rusiya, Çexiya və Pakistanın İrandakı səfirliklərinin əməkdaşları Azərbaycan sərhədi ilə təxliyə olunub.
Səfirliklərin əməkdaşları təhlükəsiz təxliyə üçün Azərbaycan dövlətinə təşəkkürlərini bildiriblər.