Böyük Britaniyada Ukrayna ilə bağlı sammit keçiriləcək.
Globalinfo.az xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Kir Starmer deyib.
O bildirib ki, sammitin həftəsonu keçirilməsi planlaşdırılır.
“Mövcud vəziyyətlə bağlı müttəfiqlərimizlə birgə necə irəliləcəyimizi müzakirə etmək üçün həftəsonu bir sıra ölkələrin nümayəndələrini qəbul edəcəm”, – Starmer deyib.
Aysel Əliyeva