Bu avtobusların hərəkəti 1 saatdır dayanıb – VİDEO

Murtuza Muxtarov küçəsində avtomobillərin səliqəsiz parkinq edilməsi səbəbindən 65 saylı marşrut xətti üzrə çoxsaylı avtobuslar qeyd edilən istiqamətdə qalıb və hərəkət 1 saata yaxındır tamamilə dayanıb.

Bu barədə Globalinfo.az-a “Xaliq Faiqoğlu” şirkətindən məlumat verilib.

Bildirilib ki, baş verən bu kimi hallar marşrut xətti üzrə avtobusların hərəkət müntəzəmliyinin pozulmasına, ictimai nəqliyyata olan inamın azalmasına və maddi itki ilə yanaşı stresə səbəb olur.

Zaira Akifqızı
Globalinfo.az