lukasenko1

“MDB ailəsini əvvəlki tərkibdə bərpa etmək istəyirik”.

Globalinfo.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

“Gürcüstan bizim ailəyə qayıtsaydı, Moldova özünün tamhüquqlu iştirakını bərpa etsəydi, Ukrayna hökuməti normal həyatın bərpasını yadına salsaydı, yaxşı olardı. Mən əminəm ki, belə də olacaq. Bu, sadəcə zaman məsələsidir”, – o bildirib.

Lukaşenko qeyd edib ki, MDB ilə əlaqələrini kəsməyənlər layiqli nəticələr göstərirlər:

“Onlar ölkələrinin idarəetməsini itirməyiblər, beynəlxalq münasibətlərin tamhüquqlu subyekti olaraq qalırlar”.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: