Bakı Təşəbbüs Qrupu (BTQ) ilə Burkina-Faso Xarici İşlər Nazirliyinin “Qabaqcıl Beynəlxalq Araşdırmalar İnstitutu” (INHEI) arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, memorandumu BTQ icraçı direktoru Abbas Abbasov və Burkina-Fasonun “Qabaqcıl Beynəlxalq Araşdırmalar İnstitutu”nun (INHEI) baş direktoru Philippe Sandwidi imzalayıblar.
Bildirilib ki, əməkdaşlıq BTQ-nin fəaliyyət coğrafiyasının Afrika istiqamətində genişlənməsi baxımından mühüm addım kimi qiymətləndirilir.
Qeyd olunub ki, BTQ indiyədək müxtəlif ölkələrin siyasi partiyaları və siyasi hərəkatları ilə belə sənədlər imzalayırdısa, artıq bir ölkənin dövlət qurumu ilə də əməkdaşlığa başlayıb.