y 2

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən Azərbaycan milli mətbuatının 150 illik yubileyi və 22 İyul – Millli Mətbuat Günü münasibətilə media nümayəndələri ilə görüş keçirilib.

Globalinfo.az xəbər verir ki, tədbirdə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktor müavini, BŞTİ-nin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova, Elm və Təhsil Nazirliyi, MÜTDA və BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri və KİV nümyəndələri iştirak ediblər.

N.Hüseynova jurnalistləri təbrik edib, paytaxtın təhsil həyatında baş verən yeniliklərin işıqlandırılmasında verdikləri dəstəyə görə təşəkkürünü bildirib.

“Əkinçi”də əsası qoyulan maarifçilik ideyalarının bu gün Azərbaycan mediası tərəfindən uğurla davam etdirildiyini deyən N.Hüseynova təhsildən yazan, məktəb təəssübkeşi olan qələm adamları ilə görüşdən məmnun olduğunu söyləyib, səmərəli əməkdaşlığın bundan sonra da uğurla davam edəcəyinə əminliyini ifadə edib.

518589646 1045617067733510 712081824226101711 n
519418542 1045616997733517 9084644076182467055 n
520306758 1045616874400196 6240396727815869827 n
518716289 1045616584400225 7895645217802893677 n
519030782 1045616597733557 8325812744556884050 n
520724727 1045616671066883 2468885394930439677 n
518398593 1045616594400224 8615857368683454121 n
518718258 1045616857733531 5412138047057446010 n

Paylaş: